Vaşinqton Ukrayna silahlı qüvvələrinin itkiləri ilə bağlı məlumatları dərc etmək niyyətində deyil. TASS xəbər verir ki, bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O əlavə edib ki, istəsə, Kiyev bu məlumatları dərc edə bilər, Vaşinqton yox. Bundan əvvəl Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bəyan etmişdi ki, xüsusi əməliyyatın əvvəlindən Kiyev Ukrayna qüvvələrinin itkisini müzakirə etməmək qərarına gəlib. Bu məlumat hərbi əməliyyatlar başa çatdıqdan sonra dərc olunacaq.
Eyni zamanda, Ukrayna Daxili İşlər Nazirliyi hərbi əməliyyatlar nəticəsində itkin düşənlərin sayının 23 minə çatdığını açıqlayıb.