ABŞ dövlət katibi Entoni Blinken Vaşinqtonda keçirilən Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşündən paylaşım edib.
“Bu həftə yeni binamız - Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardı", - deyə Twitter səhifəsindəki paylaşımda Blinken qeyd edib.