İranın Səudiyyə Ərəbistanındakı səfirliyi və konsulluqları fəaliyyətini bərpa edir.
Bu barədə bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bildirib.
XİN rəsmisinin sözlərinə görə, bu proses, diplomatik və konsulluq nümayəndəliklərinin fəaliyyətinin bərpasının yalnız birinci mərhələsidir.
Qeyd edək ki, bu ilin mart ayının əvvəlində Çinin vasitəçiliyi ilə rəsmi Tehran və Ər-Riyad iki ay ərzində diplomatik münasibətləri bərpa etmək və səfirliklərini yenidən açmaq barədə razılığa gəliblər.