Azərbaycanın son anipulyasiyasını nəzərə alaraq bildiririk ki, Azərbaycan Artsaxı blokadada saxlamaqda davam edir və Artsax vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz hərəkətinə maneələr və təhlükələr yaradır. Bu barədə Artsax informasiya qərargahının “Facebook” səhifəsində deyilir.
“Azərbaycan keçid məntəqəsinin mövcudluğu və Şuşi ərazisində yolun bağlı olması özlüyündə ən böyük maneələr və təhlükələrdir və bu, 9 noyabr 2020-ci il tarixli bəyanatın müddəalarını və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarını pozur.
Azərbaycan tərəfinin qanunsuz keçid məntəqəsini saxlamaq və Artsax vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər hansı şəkildə hərəkətinə nəzarət və maneə törətmək üçün bütün səyləri qəbuledilməzdir.
Buna görə də biz bir daha təsdiq edirik ki, Artsax və Ermənistan arasında ikitərəfli hərəkət yalnız Rusiya sülhməramlı qoşunları və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təşkil edilir”,- deyə bildirilib.