Fransanın xarici işlər naziri Katrin Kolona Gürcüstanı Cənubi Qafqaza sülhün qaytarılması istiqamətində səylərini davam etdirməyə çağırıb.
Katrin Kolona gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə birgə mətbuat konfransında qeyd edib ki, bu, bütün region ölkələrinin marağına cavab verir.
“Biz insanların sülh, dinc həyat istədiyini görürük, bu onların çağırışı və legitim arzusudur”, - deyə fransalı nazir bildirib.
Azərbaycana və Ermənistana səfər etdiyini xatırladan Kolona qeyd edib ki, regiondakı vəziyyət həm də Gürcüstana təsir edir.