Ermənistan XİN rəhbəri Ararat Mirzoyan aprelin 30-da ABŞ-a işgüzar səfər edəcək.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib.
Qeyd olunub ki, Mirzoyanın Vaşinqtona işgüzar səfəri çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair saziş üzrə müzakirələrin növbəti mərhələsi planlaşdırılır.