ER XİN-in mətbuat katibi “Azatutyun” radiosunun suallarını cavablandırırkən, Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin irəli sürdüyü 8 ilkin şərtə toxunub:
“İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan tərəfinin uydurma tələbləri gündən-günə dəyişir və təkcə Ermənistan Respublikası deyil, bütün beynəlxalq ictimaiyyət üçün də bütün bunları təqib etmək çətinləşir. Misal olaraq Laçın dəhlizinin bağlanması ilə bağlı Azərbaycan tərəfinin bəyanatları göstərmək olar.
Ötən il dekabrın 12-dən Azərbaycan öncə dəhlizin bağlanmadığını elan etdi, daha sonra dəhlizin qondarma “eko-fəallar” tərəfindən bağlanması, sonra da sözügedən mədənin fəaliyyətini dayandırdığı elan edildikdə, “eko- fəallar" dəhlizdən keçən Qırmızı Xaç avtomobillərini və humanitar yükləri yoxlamağı tələb ediblər.
Sonra bu hərəkətlər qondarma minaların köçürülməsi ilə əsaslandırılmağa başladı, Beynəlxalq Məhkəmənin qərarından sonra isə dəhlizin açıq olduğunu yenidən bəyan etməyə başladılar. Artıq aprelin 23-də 2020-ci il 9 noyabr tarixli üçtərəfli bəyanatın kobud şəkildə pozulması ilə Laçın dəhlizində keçid məntəqəsinin yaradılması istiqamətində atılan addımlar aylarla dövlət səviyyəsində təşkil edilən səhnələşdirmənin əsl məqsədini göstərdi.
Suala qayıdaraq, vurğulamaq lazımdır ki, Ermənistan Respublikasının silahlı qüvvələri öz xidmətini müstəsna olaraq Ermənistan Respublikasının suveren ərazilərində həyata keçirir. Məlumdur ki, 1990-cı illərdən Azərbaycanın həyata keçirdiyi təcavüzdən müdafiə olunmaq və Dağlıq Qarabağın mülki əhalisinə qarşı kütləvi zorakılığın qarşısını almaq üçün Artsax erməniləri bu gün də öz xidmətini davam etdirən müdafiə ordusu yaratmışlar.
Müdafiə Ordusu yalnız Azərbaycan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti, o cümlədən Dağlıq Qarabağ əhalisinin fiziki və psixoloji hədələnməsi, qətllər, atəşkəs rejiminin vaxtaşırı pozulması, Laçın dəhlizinin bağlanması, ərzaq təchizatının pozulması kontekstində aktual olub və aktual olaraq qalır.
Azərbaycan tərəfindən müxtəlif səviyyələrdə qaldırılan 8 kənd məsələsinə gəlincə, qeyd etmək lazımdır ki, hələ 1990-cı illərdə Azərbaycan Artsvaşeni, Tavuş rayonunun Vazaşen və Aygehovit kəndlərinin əkin sahələrini, Berkaber və Paravakar kəndlərinin əkin sahələrinin 70 faizini, 44 günlük müharibədən sonra yenidən başlayan təcavüz nəticəsində daha 150 kvadrat kilometr ərazini işğal edib.
Təəccüblüdür ki, “Ermənistan tərəfindən ərazilərin işğal olunması” barədə danışanlar yüksək rəhbərliyi Ermənistanın suveren ərazilərinə açıq şəkildə ərazi iddiaları irəli sürən, bəzən Ermənistanla Azərbaycan arasında sərhəd olmadığını, ona görə də SQ-nin irəlilənməsi ilə onun pozulmadığını bəyan edən ölkənin rəsmiləridir.
Azərbaycan prezidenti dəfələrlə ER ərazilərinin işğalını açıq şəkildə etiraf edib və tələbləri yerinə yetirilmədiyi təqdirdə güc tətbiq etməklə yeni əraziləri işğal edəcəyi ilə hədələyib.
Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana Alma-Ata Bəyannaməsi ilə hər iki ölkə tərəfindən tanınan sərhəd xəttinə hörmətlə yanaşmaq, həmçinin qeyd olunan kəndlərin bəziləri ilə bağlı hüquqi əsaslandırmalar təqdim etmək barədə müraciətləri cavabsız qalıb. Üstəlik, 1975-ci il sərhəd xəttindən qoşunların çıxarılması ilə bağlı Ermənistan tərəfinin təklifi sərhəddəki gərginliyin azaldılmasına və bir sıra mövcud problemlərin həllinə mütləq töhfə verəcəkdi, lakin o təklif da cavabsız qalıb.
Ermənistan əmindir ki, bütün problemləri yalnız konstruktiv dialoq yolu ilə həll etmək mümkündür və Azərbaycanın yürütdüyü siyasət birmənalı olaraq regionda gərginliyin azaldılmasına və sülhün bərqərar olmasına kömək etmir”.