Ermənistanla təhlükəsizlik sahəsində də əməkdaşlıq gücləndirilir. Fransanın Ermənistandakı səfirliyində müdafiə missiyası açırıq. Bu barədə Fransanın xarici işlər naziri Katrin Kolonna ER XİN rəhbəri ilə birgə mətbuat konfransı zamanı bildirib.
O, iqtisadi sahədə əməkdaşlığa toxunaraq qeyd edib. “Mən Fransanın Ermənistandakı investisiyalarına təkan vermək üçün yol xəritəsinin icrasını sürətləndirmək istərdim”, - deyə Fransanın xarici işlər naziri bildirib.