Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan sərhəddəki vəziyyəti nisbətən stabil qiymətləndirir. Bununla belə, o qeyd edib ki, Syunik və Qeğarkunik istiqamətlərində düşmən tərəfindən atəşkəs rejiminin pozulması halları qeydə alınır.
“Atəşkəs rejiminin pozulmasında məqsəd vəziyyəti daim gərgin saxlamaqdır, lakin vəziyyət bizim nəzarətimizdədir”,- deyə o qeyd edib.
Teğ kəndindəki vəziyyətə toxunan Baş Qərargah rəisi qeyd edb ki, Teğ kəndi istiqamətində Ermənistan Respublikasının silahlı qüvvələri artıq düşmənlə təmas xəttindədir.
“Raqib üzərində üstünlük əldə etmək üçün gündən-günə bəzi ərazilərdə müvafiq işlər görürük. Digər sahələrdə silahlı qüvvələr qarşıya qoyulan vəzifələri yerinə yetirir”.