Aİ və ona üzv dövlətlər Əliyevin avtoritar rejimi ilə yeni enerji layihələri imzalayır. Belə bir iş üsulu Avropa dəyərlərinə uyğundurmu, bu, Bakıda onun aqressiv hərəkətlərinə güzəşt kimi qəbul edilmirmi? Mətbuat konfransı zamanı Fransanın xarici işlər naziri Ketrin Kolonna bu sualı cavablandırıb.
“Belə olsaydı, Azərbaycan tərəfindən səhv təhlil olardı. İki mövzunu ayırmaq lazımdır: danışdığınız enerji məsələsini siyasi suverenlik, ərazi bütövlüyü və müstəqillik məsələlərindən ayırmaq lazımdır”.