Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan 2022-ci ilin sentyabrında Azərbaycanın hərbi təcavüzünün nəticələrini Jeemukda Fransanın xarici işlər naziri Ketrin Kolonnaya təqdim edib.
O qeyd edib ki, 2020-ci ildə 44 günlük hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan silahlı qüvvələrinin ilk addımları 2021-ci ilin may ayında başlayıbz
“2021-ci ildə onların hərəkətləri yumşaq gücdən istifadə edərək tapşırıqların icrasına bənzəyirdi. 2022-ci il sentyabrın 13-14-də isə Ermənistan Respublikasına qarşı hərbi təcavüz olub”, - Asryan vurğuladı.
Asryan Fransa xarici işlər nazirinə bildirib ki, hücum zamanı Azərbaycan raketlərdən, artilleriyadan və PUA-lardan fəal şəkildə istifadə edib, həm hərbi, həm iqtisadi, həm də mülki obyektlərə zərbələr endirib.
"Jermuk şəhərinə xeyli ziyan dəyib, kanat yolu təmirdən sonra işləmir", - o əlavə edib.
Baş qərargah rəisi bildirdi ki, Azərbaycan Ermənistanın suveren ərazisinə 5 istiqamətdə hücum edib. Düşmən Ermənistan Respublikasının suveren ərazisinin təxminən 139 kvadrat kilometr ərazidədir.