Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətini yüksək qiymətləndirir.
O, bunu Cermukda Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşdə deyib.
“Şübhəsiz ki, mən Aİ-nin Ermənistan Respublikasındakı müşahidə missiyasının fəaliyyətini yüksək qiymətləndirirəm. Bu işlərlə Azərbaycanın silahlı qüvvələri özünü daha təmkinli aparırlar. Ermənistan Respublikasının sərhədlərində işlər çox yaxşı gedir", - Asryan bildirib.
Fransanın xarici işlər naziri Ermənistanla Aİ-nin müşahidə missiyası arasında əməkdaşlığı müsbət qiymətləndirib.
“Bu iş bizim üçün müsbət nəticələr verir. Müşahidə fəaliyyəti sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı olan məlumatları yerdən əldə etmək imkanı verir. Bu, müşahidə missiyasıdır, silahlı missiya deyil, məqsəd sadəcə olaraq vəziyyəti izləmək üçündür, lakin istənilən halda bu mövcudluq gərginliyi azaltmağa imkan verir”, - fransalı nazir qeyd edib.