Azərbaycan ordusu yenidən Artsaxın mülki əhalisini hədəfə alır.
Aprelin 28-də saat 12:15-də Askeran rayon polis şöbəsinə Naxicevanik icmasının rəhbəri Sevak Petrosyandan məlumat daxil olub ki, sözügedən kəndin inzibati ərazisində kənd təsərrüfatı işləri aparılarkən qarşı tərəfin döyüş mövqelərindən müxtəlif çaplı atıcı silahlardan mülki şəxsə atəşə açılıb.
Hadisə yerində məlum olub ki, həmin gün saat 11:05 radələrində Askeran şəhər sakini Artur Ramazyan “Belarus 82” markalı traktorla qeyd olunan ərazidəki nar bağında əkinçilik işləri aparanda, ona bitişik Azərbaycan hərbi mövqelərindən traktor istiqamətinə atəş açılıb.
Mülki şəxs kənd təsərrüfatı işlərini dayandırıb. Məlumat Rusiya sülhməramlı kontinqentinə çatdırılıb.