Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi aprelin 28-30-da Azərbaycan Respublikasının paytaxtı Bakıda keçiriləcək “Formula 1” Qran Pri Avropa turnirinin təşkilatçı strukturunu və beynəlxalq idman ictimaiyyəti Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağdakı etnik təmizləmə siyasətinə etiraz səsini qaldırmağa çağırır.
“Nazirlik idman ictimaiyyətinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası 2022-ci il dekabrın 12-dən Dağlıq Qarabağı Ermənistan və dünya ilə birləşdirən yeganə yol olan Laçın dəhlizini qanunsuz olaraq bağlayaraq, Dağlıq Qarabağı humanitar fəlakətin qarşısına qoyub.
2023-cü il fevralın 22-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın iddiasını təmin edərək, Azərbaycanı dərhal Laçın dəhlizini açmağa məcbur edib. Lakin Azərbaycan bu günə kimi nəinki məhkəmənin qərarını yerinə yetirməyib, hətta qaz və işığı da kəsib.
Aprelin 23-də Azərbaycan hakimiyyəti Dağlıq Qarabağı Ermənistana birləşdirən humanitar dəhlizdə qanunsuz nəzarət-buraxılış məntəqəsi yaradaraq faktiki olaraq DQ-nin 120 000 erməni əhalsini girovluqda saxlayır. Azərbaycan hakmiyyəti bu addımla DQ ermənilərini etnik təmizləməyə məruz qoymağa və onları öz doğma yurdlarını tərk etməyə məcbur etməyə çalışır.
Bakıda Formula 1 Qran Pri-nin təşkil edilməsinin məqsədi Dağlıq Qarabağ ermənilərinin məhv edilməsi siyasətini ört-basdır etməkdir. Biz Formula 1 Qran Pri-nin təşkilatçılarını və iştirakçılarını etnik təmizləmə siyasətinin gizlədilməsinin bir hissəsi olmamağa çağırırıq”.