Nikol Paşinyan Azərbaycanın regionda sabitliyi pozan hərəkətlərinə toxunub.
“ Azərbaycan regionda vəziyyəti davamlı olaraq gərginləşdirir, bu dəfə Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçin dəhlizində qanunsuz olaraq nəzarət-buraxılış məntəqəsi quraşdırır.
Bu, təkcə regionda gərginliyin artırılmasına deyil, həm də Dağlıq Qarabağda yaranmış humanitar böhranın dərinləşməsinə yönəlmiş təxribatçı addımdır. Bu dəfə beynəlxalq ictimaiyyət Laçin dəhlizində Azərbaycan keçid məntəqəsinin quraşdırılmasına aydın qiymət verib. Laçin dəhlizində keçid məntəqəsinin yaradılması 9 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 6-cı bəndinin kobud şəkildə pozulmasıdır. Daha əvvəllərdə demişəm ki, 2020-ci il noyabrın 9-dan Azərbaycan üçtərəfli bəyanatın bütün bəndlərini pozub”,- Paşinya deyib.