Ermənistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü üçün razılıq əldə olunduğu barədə bəyanatına toxunub.
“Əvvəllər xəbər verdiyimiz kimi, görüşlərlə bağlı təkliflər var, indi də razılaşmalar var. Konkret tarix barədə əlavə məlumat verəcəyik”, - deyə ER XİN-in mətbuat xidmətindən “Lurer”ə bildirilib.
Ermənistan Xarici İşlər Nazirliyi də görüşün konkret tarixlərini açıqlamayıb.