Rusiya Laçın dəhlizi ətrafında vəziyyətin nizamlanması və üçtərəfli razılaşmaların məcrasına qayıtması üçün lazımi səylər göstərir. Bu addımlar həm sülhməramlıların xəttilə, həm də siyasi səviyyədə atılır.
Bu barədə brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Biz hesab edirik ki, rəsmi Yerevanın qarşılıqlı məqbul həllin axtarışına öz töhfəsini verməsi prinsipial əhəmiyyət kəsb edir", - Zaxarova bildirib.