“Ermənistanda saxlanılan azərbaycanlı hərbçilərin saxlanma yerindən və şəraitindən heç bir narazılığı yoxdur”, - deyə onlara baş çəkən Ermənistanın İnsan Hüquqları Müdafiəçisi (Ombudsmanı) bildirib.
Anahit Manasyan qeyd edib ki, onlar dövlət qurumlarının nümayəndələrinin münasibətindən də şikayət etməyib.
“Mən saxlanma şəraiti, onların içməli su, yemək alıb-almamaları ilə şəxsən tanış olmuşam və bunlarla bağlı onlar şikayət etməyib. Onlara əsas hüquqlarını, məhkəmə aktı ilə onlara qoyulan məhdudiyyətlərin mahiyyətini, onların həmin aktdan necə şikayət edə biləcəyini, həmçinin İnsan Hüquqları Müdafiəçisinə necə müraciət edə biləcəklərini izah etməyim çox vacib idi ”, - deyə Manasyan bildirib.