Ermənistanın Baş naziri Nikol Paşinyanla Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı regiondakı hərbi-siyasi vəziyyət müzakirə edilib, bölgədə sülhün və stabilliyin təmin edilməsi üçün ardıcıl səylərin zəruriliyi vurğulanıb, Cənubi Qafqaz regionunda humanitar sahədə vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Nikol Paşinyan qeyd edib ki, Laçın dəhlizində Azərbaycan tərəfindən atılan addımlar Dağlıq Qarabağda etnik təmizləmə törətmək siyasətinin həyata keçirməsinə yönəlmişdir.
Baş nazir Azərbaycanın regional təhlükəsizliyə xələl gətirən hərəkətlərinə beynəlxalq ictimaiyyətin adekvat reaksiyasının vacibliyini və Beynəlxalq Məhkəmənin qərarının qeyd-şərtsiz icrası istiqamətində fəal addımların atılmasının vacibliyini vurğulayıb.
Onlar həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün aparılan danışıqları müzakirə ediblər.