Dövlət Departamenti Dağlıq Qarabağ məsələsi ilə fəal şəkildə məşğul olmağa davam etmək niyyətini təsdiq edib.
"Baş məsləhətçi Lui Bono, dövlət katibinin köməkçisi Derek Hoqann, dövlət katibi Entoni Blinken bundan sonra da bu məsələ ilə fəal şəkildə məşğul olacaq", - deyə Dövlət Departamentinin mətbuat katibi Vedant Patel gündəlik brifinqdə bildirib.
"Bilirsiniz ki, Cənubi Qafqazda bu məsələ dövlət katibi Blinkenin özünün dəyər və böyük əhəmiyyət verdiyi məsələdir",- deyə o qeyd edib.
Qafqazda danışıqlar üzrə nümayəndə Bono, habelə dövlət katibinin köməkçisinin müavini Erik Olson keçən həftə, Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi təsis edildiyini elan etməsindən cəmi bir neçə gün əvvəl ayrı-ayrılıqda regiona səfərlər ediblər.
Patel xatırladıb ki, Dövlət Departamenti bazar günü bu addımla bağlı dərin narahatlığını bildirib. "Nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi sülh prosesinə etimad yaradılması səylərini sarsıdır və biz insanların və məhsulların Laçın dəhlizindən sərbəst hərəkət etməli olduğu fikrini dəstəkləyirik", - deyə o bildirib.