Aprelin 25-də ER Xarici İşlər Nazirliyində ER və RF XİN-ləri arasında ikitərəfli münasibətlərin inkişafı və regional təhlükəsizliyin təmin edilməsi üzrə məsləhətləşmələr keçiriblər.
Ermənistan nümayəndə heyətinə ER xarici işlər nazirinin müavinləri Mnatsakan Safaryan və Vahe Gevorgyan, Rusiya nümayəndə heyətinə isə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin başçılıq edib.
Məsləhətləşmələr çərçivəsində tərəflər Ermənistan-Rusiya ikitərəfli gündəliyinin bir sıra məsələlərini müzakirə ediblər.
Etimad mühitində nazirliklər araslnda əməkdaşlığın daha da təşviqi, Ermənistan və Rusiya arasında ticari-iqtisadi qarşılıqlı əlaqələrin inkişafı, Ermənistan-Rusiya humanitar əlaqələrinin inkişaf perspektivləri, habelə Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi məsələlərinə toxunulub.
Məsləhətləşmələrin sonunda ER xarici işlər naziri Ararat Mirzoyan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzini qəbul edib.
Rəsmi Bakının təxribat xarakterli bəyanatları və aqressiv hərəkətləri nəticəsində regionda yaranmış təhlükəli vəziyyət, o cümlədən dəhlizdə Rusiya sülhməramlılarının məsuliyyəti zonasında nəzarət-buraxılış məntəqəsinin quraşdırılması istiqamətində atılan addımlar kontekstində, Ermənistan Respublikasının Xİ naziri 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Laçın dəhlizi rejiminin bərpası istiqamətində Ermənistanın müttəfiqləri və tərəfdaşları tərəfindən aydın reaksiya və təsirli addımların atılmasının zəruriliyini vurğulayıb.