Aprelin 25-də ER Xİ nazirinin müavini Paruyr Hovhannisyan Avropa Parlamentinin deputatı, Ermənistanla dostluq qrupunun sədri Lukas Furlasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı Paruyr Hovhannisyan və Lukas Furlas Cənubi Qafqaz regionundakı təhlükəsizlik vəziyyətinə, Aİ missiyasının yerləşdirilməsinin vacibliyinə, Azərbaycan tərəfindən Laçın dəhlizinin qanunsuz bağlanmasına və ER suveren ərazisinə qarşı yeni təxribatlara, həmçinin Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin azad edilməsinin zəruriliyinə toxunublar.
ER-Aİ tərəfdaşlığı gündəliyinin bir sıra məsələləri, o cümlədən parlamentlərarası əməkdaşlıq müzakirə edilib. Paruyr Hovhannisyan Avropa Parlamentinin Ermənistan tərəfi üçün birinci dərəcəli əhəmiyyət kəsb edən məsələlərlə bağlı müvafiq qətnamə və hesabatlarda öz əksini tapmış prinsipial mövqeyini yüksək qiymətləndirib.