Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell Laçin dəhlizində Azərbaycan tərəfindən keçid məntəqəsinin quraşdırılmasını pisləyib.
“Azərbaycan tərəfindən Laçin dəhlizi boyunca birtərəfli keçid məntəqəsi quraşdırılması Aİ-nin gərginliyi azaltmaq və problemləri dialoq yolu ilə həll etmək çağırışlarına ziddir. Avropa İttifaqı Cənubi Qafqazda sülhün və sabitliyin təşviqində iştirakını davam etdirir. Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməlidir”.