Aprelin 25-də Türkiyə prezidenti Recep Tayyip Erdoğan 14 may prezident seçkiləri haqqında sualları cavablandırdığı canlı yayım zamanı özünü piss hiss edib. Bu səbəbdən yayıma fasilə verilib, xəbəri “Hürriyet” qəzeti yayıb.
“Ülke TV” telekanalının baş redaktoru Hasan Öztürkün sualından sonra canlı yayım kəsilib. Sonradan Erdoğan qayıdıb və tamaşaçılardan üzr istəyib, mədəsinə soyuq dəydiyini bildirib.
Türkiyənin vitse-prezidenti Fuat Oktay öz “Twitter” səhifəsində Erdoğanın vəziyyətinin yaxşı olduğunu yazıb.
Prezidentin mətbuat katibi İbrahim Kalın da "prezidentin səhhətinin yaxşı olduğunu" əlavə edib.