Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistan xarici işlər nazirinin müavinləri Vahe Gevorgyan və Mnatsakan Safaryanla məsləhətləşmələr zamanı Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsinin bütün istiqamətlərində səylərin aktivləşdirilməsinin vacibliyini vurğuladı.
Bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, tərəflər Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında 2020-ci il noyabrın 10-u, 2021-ci il yanvarın 11-i, noyabrın 26-sı və 2022-ci il oktyabrın 31-i tarixlərində əldə olunan razılıqlara uyğun olaraq Bakı ilə Yerevan arasında normallaşma prosesinin gedişatını müzakirə ediblər.