İsrailin Ermənistandakı səfiri Yoel Lion Erməni Soyqırımının 108-ci ildönümü münasibətilə erməni xalqı ilə həmrəy olduğunu bildirib.
“Bu gün İsrailin Ermənistandakı səfiri kimi, bir yəhudi kimi ötən əsrdə erməni xalqının yaşadığı vəhşiliklər üzərində düşünərək, sizi əmin etmək istəyirəm ki, mən sizin ağrınızı hiss edirəm və əzablarınızı anlayıram”, – səfir “Twitter” mikrobloqunda yazıb.
Xatırladaq ki, İsrail Erməni Soyqırımını rəsmən tanımayıb.