Azərbaycan tərəfindən Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması gərginliyi azaltmaqla bağlı Aİ çağırışına ziddir.
Bu sözləri Aİ-nin baş diplomatı Jozep Borrell deyib.
“Biz Azərbaycanın gərginliyi azaltmaq çağırışımıza zidd olan Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı birtərəfli qərarını müzakirə etdik. Aİ regiondakı vəziyyətin həllində Ermənistan və Azərbaycana kömək etməyə hazırdır. Aİ bu məqsədlə Ermənistan ərazisində missiya yerləşdirib”, – o bildirib.