Aprelin 23-də Ermənistan Laçın dəhlizində Azərbaycan sərhəd-keçid məntəqəsinin yaradılması ilə bağlı BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edib. Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeğişe Kirakosyanın sözlərinə görə, Azərbaycanın bu addımı məhkəmənin 22 fevral tarixli qərarının pozulmasıdır. Dörd aydır ki, Azərbaycan Ermənistanı Artsaxla birləşdirən yolu bağlayıb və 2 aydır ki, Laçın dəhlizi ilə insanların, avtomobillərin və yüklərin ikitərəfli fasiləsiz daşınmasını təmin etmək üçün Haaqa Məhkəməsinin qərarına məhəl qoymur.
Yeğişe Kirakosyan (ER-nin beynəlxalq məsələlər üzrə nümayəndəsi) - Hazırda biz məhkəmənin prosesini gözləyirik, məktub Azərbaycana göndəriləcək, Azərbaycan öz cavabını verəcək.
Əminik ki, məhkəmə də başa düşür ki, söhbət 100 min və daha çox insanın həyatı və sağlamlığından, bütün fundamental hüquqlardan gedir.
Söhbət təkcə etirazçılardan getmir, o zaman Azərbaycan etirazçıların heç kimin inanmadığı bəhanələrini sübut etməyə çalışırdı, indi dəhliz konkret hərəkətlərlə bağlanıb, bunu təqdim edirik.