ABŞ-ın hazırkı prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakını rəsmən elan edib.
“Bütün nəsillər anlayırlar ki, onlar demokratiya üçün ayağa qalxmalıdırlar. Buna görə də mən prezident postuna namizədliyimi irəli sürmək istəyirəm”, – deyə Ağ Ev rəhbəri “Twitter” mikrobloqunda yerləşdirdiyi videomüraciətdə bildirib.
Öz növbəsində vitse-prezident Kamala Haris 2024-cü ildə ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizədliyini rəsmən açıqlayıb.