Aprelin 24-də Rusiya Federasiyası xarici işlər nazirinin sədrliyi ilə BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması” (Maintenance of international peace and security: Effective multilateralism through the defense of the principles of the UN Charter) mövzusunda müzakirə aparılıb. BMT-nin baş katibi və BMT-yə üzv olan bir sıra ölkələrin nümayəndələri çıxış ediblər.
Ermənistanın BMT-dəki daimi nümayəndəsi Mher Margaryan öz çıxışında bildirib ki, “Erməni Soyqırımı” faktı güclü çoxtərəfli strukturların olmadığı və beynəlxalq nizamın böhranı şəraitində ən dəhşətli cinayətlərin baş verə biləcəyini sübut edir.
Azərbaycanın Dağlıq Qarabağa və Ermənistan Respublikasına qarşı davamlı təcavüzkar hərəkətlərini təqdim edən Ermənistanın daimi nümayəndəsi vurğuladı ki, ötən ilin dekabr ayından Azərbaycan Dağlıq Qarabağ xalqını mühasirədə saxlayır və Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral qərarını icra etməkdən imtina edir
O qeyd edib ki, artıq 4 aydır ki, Laçın dəhlizi ilə sərbəst və maneəsiz hərəkət bərpa olunmayıb, üstəlik Azərbaycan aprelin 23-də nəzarət-buraxılış məntəqəs yaradıb, bu isə 9 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarını və Beynəlxalq Ədalət Məhkəməsinin qərarını kobud şəkildə pozur.
BMT strukturlarına, o cümlədən Təhlükəsizlik Şurasına Dağlıq Qarabağda artan böhranın humanitar fəlakətə çevrilə biləcəyi barədə dəfələrlə xəbərdarlıq edildiyini qeyd edən səfir Margaryan beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağa humanitar yardım göstərməsinin zəruriliyini vurğulayıb.
O vurğulayıb ki, Azərbaycanın hərəkətləri Dağlıq Qarabağ ermənilərinin tamamilə və ya qismən məhvinə yönəlmiş addımlardır.