ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter Twitter mikrobloqunda Laçın dəhlizindəki vəziyyətə toxunub. O, xüsusilə qeyd edib:
“Birləşmiş Ştatlar Laçın dəhlizində Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılmasından dərin narahatdır.
Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların və ticarətin sərbəst və açıq hərəkəti olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq”.