Fransa Xarici İşlər Nazirliyi Azərbaycan tərəfindən Laçin dəhlizində keçid məntəqəsi yerləşdirilməsi ilə bağlı bəyanat yayıb.
“Fransa Azərbaycan tərəfindən Laçin dəhlizinin yeni yolunun başlanğıcında keçid məntəqəsinin yerləşdirilməsini pisləyir. Bu atəşkəs razılaşmalarının üzərinə götürdüyü öhdəliklərə ziddir və danışıqlar prosesinə xələl gətirir.
Fransa Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə, xüsusən də Beynəlxalq Məhkəmənin 22 fevral tarixli real qüvvəyə malik qərarının tələb etdiyi müvəqqəti tədbirləri həyata keçirməyə çağırır.
Fransa Laçın dəhlizi ilə hər iki istiqamətdə bütün insanların, nəqliyyat vasitələrinin və yüklərin fasiləsiz sərbəst hərəkətinin bərpasını, əhalinin qaz və elektrik enerjisi ilə fasiləsiz təchizatının bərpasını tələb edir”.