Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.
Görüşdə iki ölkə arasında olan münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.
İlham Əliyev və Gürcüstanın müdafiə naziri əməkdaşlığın perspektivlərini, regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.