Vaşinqton Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması ilə bağlı dərin narahatlığını ifadə edib
“Birləşmiş Ştatlar Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır.
Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların və ticarətin sərbəst və açıq hərəkəti olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəddə təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq”,- deyə mətbuat katibinin müavini Vedan Patel bildirib.