Bu il 1915-ci ildə ermənilərə qarşı törədilən soyqırımından 108 il ötür. Aprelin 24-ü Erməni Soyqırımı qurbanlarının anım günü hesab olunsa da, ermənilərə qarşı qırğınlar 19-cu əsrin sonlarında, 1892-1923-cü illərdə Türkiyənin hakim dairələri, əvvəlcə II Əbdülhəmid, sonra isə Gənc Türklər hökuməti tərəfindən başlanıb. Bunun nəticəsində Qərbi Ermənistan, Kilikiya və Osmanlı İmperiyasının əyalətlərinin erməni əhalisi kütləvi surətdə deportasiyaya və məhvə məruz qaldı.
1915-ci ildə aprelin 24-də Türkiyə hakimiyyət orqanlarının əmrləri əsasında Konstantinopolda iki yüzdən çox erməni ziyalısı həbs edildi: yazıçılar, musiqiçilər, hüquqşünaslar, həkimlər, deputatlar. Onların hamısı sürgün edildi və vəhşicəsinə öldürüldü.
1965-ci ildə aprelin 24-də Sovet Ermənistanında nümayişlər təşkil olunub, iştirakçılar erməni soyqırımının tanınmasını tələb ediblər.
Hər il aprelin 24-də yüz minlərlə erməninin yürüş ilə səssizcə Erməni Soyqırımı Memorialına doğru hərəkət edir, 1,5 milyon soyqırım qurbanının xatirəsini yad edir.