Ermənistan Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tigran Mkrtçyan Erməni Soyqırımının ildönümü ilə bağlı “Facebook” sahifəsində paylaşım edib.
Qeyd olunub ki, 20-ci əsrin əvvəllərində baş vermiş böyük faciədən 108 il sonra ermənilər və bütün mütərəqqi bəşəriyyət bu gün soyqırım qurbanlarının xatirəsinə etriamla yad edir.
Fəlakət günlərində ermənilərimizə uzadılan yardım əli can damarına çevrildi, milli dirçəlişi mümkün etdi və bununla da soyqırımı planlaşdıranların və həyata keçirənlərin məqsədlərini pozub.
Buna baxmayaraq, soyqırım xatirəsi, ilk növbədə, ədalətli qiymət almadığına və peşmançılıq hissi keçirmədiyinə görə, həm də ermənilərimizə və bəşəriyyətə qarşı yeni cinayətlərin əsasını təşkil etməkdə davam etdiyinə görə, kollektiv şüurumuzda sağalmayan bir yara olaraq qalmaqda davam edir.
Hər il biz bu məsələni barədə danışırıq. Əslində, davamlı inkar ağrımızı daha da böyüdür. Bundan başqa, bu gün Türkiyədə və Azərbaycanda Soyqırımını törədən cinayətkarların qəhrəmanlaşdırılmasının, təriflənməsinin şahidi oluruq. Bu da, soyqırımdan təxminən bir əsr sonra da, bu gün də erməninin öz vətənində təhdid altında olması həyəcan təbili çalır.
İnkar birbaşa cəzasızlıqla bağlıdır. Və məhz cəzasızlıq mühiti soyqırım siyasətinin davam etdirilməsinə gətirib çıxarır.
2022-ci il dekabrın 12-dən bəri Dağlıq Qarabağda 120 min erməni, o cümlədən 30 mini uşaq öz vətənlərində mühasirədə, adi yaşayış şəraitindən məhrumdur. Ərzaq, dərman, keyfiyyətli tibbi xidmət və enerji çatışmazlığı bu gün Artsaxdakı soydaşlarımızın əziyyət çəkdiyi yeganə məhrumiyyətlər deyil. Azərbaycan silahlı qüvvələrinin bu ölkənin ali rəhbərliyi tərəfindən ermənilərə qarşı nifrət ritorikası ilə müşayiət olunan təxribatları Artsax xalqını terror və tabeçilik yolu ilə öz torpaqlarından çıxarmaq, erməni izini silmək məqsədi daşıyır. Təzyiqlər həm də hərbi təxribatlarla müşayiət olunur, məsələn, 5 mart hadisələri. Bu təxribat nəticəsində Arstaxın üç polis əməkdaşı həlak olub.
Gündən-günə daha da cilovlanan erməni nifrətinin təbliğatı ilə üzləşərək regionda mövcud gərginliyi aradan qaldırmaq üçün erməni tərəfinin bütün cəhdləri boşa çıxır. Azərbaycan prezidenti ictimai çıxışlarında Ermənistan Respublikasının suveren ərazilərinə qarşı planlaşdırılan təcavüz faktını qəbul edir, Dağlıq Qarabağ əhalisini etnik təmizləməyə məruz qoymaq niyyətini açıq şəkildə ortaya qoyur.
Azərbaycan regionda illərlə yığılmış problemlər üçün sabit və qalıcı həll yolları axtarmaq əvəzinə, gücdən istifadə və güc təhdidi yolu ilə ekstremist ambisiyalarını irəli aparmağa çalışır.
Bu kontekstdı, bir daha vurğulamaq yerinə düşər ki, şəxsiyyətimizin qorunması və varlığımızın davamlılığının təmin edilməsi üçün yeganə təminat yalnız bizim və dostlarımızın potensialının mükəmməl birləşməsi və hədəfə yönəldilməsi ola bilər, Ermənistan və Dağlıq Qarabağın - Qarabağın bu gün hər zamankından daha çox, buna ehtiyacı var”.