Aprelin 24-də ER Parlamentinin sədri Alen Simonyan Fransa Senatının “Respublikaçılar” fraksiyasının rəhbəri Bryuno Rıtayonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ER Parlamentinin sədri Alen Simonyan Bryuno Ratayo və Fransa-Ermənistan dostluq qrupunun rəhbəri Jilbert Lyuk Dıvinazın 44 günlük müharibədən sonra səmərəli addımlar atmaqda göstərdikləri ardıcıl səyləri yüksək qiymətləndirib
Fransız həmkarı qeyd edib ki, Erməni Soyqırımından 108 il keçməsinə baxmayaraq, erməni xalqı ontoloji problemlərlə üzləşməkdə davam edir.
Tərəflər aprelin 23-də nümayəndə heyətinin Syunikə və bağlanan Laçın dəhlizinin başlanğıc hissəsinə səfərindən bəhs ediblər.
Fransa tərəfi yaradılmış vəziyyəti qəbuledilməz hesab edərək, mühasirədə olan 120 min Artsax ermənisini açıq havada girov hesab edib.
Tərəflər regionun təhlükəsizliyi və sülhü ilə bağlı məsələləri müzakirə ediblər.