Ermənistan Respublikasının Xarici İşlər Nazilriyi Erməni Soyqırımın 108-ci ildönümü ilə bağlı bəyanat yaydı.
Bəyanatda qeyd olunur ki, aprelin 24-də dünyadakı bütün ermənilər 20-ci əsrin əvvəllərində Osmanlı İmperiyasında baş vermiş Erməni Soyqırımı qurbanlarının xatirəsini yad edir.
Bu planlaşdırılmış və misli görünməmiş bəşəriyyətə qarşı cinayət nəticəsində 1915-1923-cü illərdə 1,5 milyon erməni qətlə yetirilib, yüz minlərlə insan zorakılığa və məcburi deportasiyaya məruz qalıb, öz vətənlərində öz kimliklərini qorumaq imkanından məhrum ediblər.
Bir əsrdən sonra qeyd edə bilirik ki, soyqırımı cinayətinin pislənməsi və tanınmasında beynəlxalq ictimaiyyətin həmrəyliyi üçə yaxın ölkənin dövlət səviyyəsində erməni soyqırımını tanıması, habelə müvafiq qətnamə və bəyannamələrin qəbul edilməsi, bir sıra beynəlxalq strukturlar tərəfindən BMT insan hüquqları şurası çərçivəsində Ermənistanın müəllifi olduğu "Soyqırımın qarşısının alınması" qətnamələrinin yekdilliklə qəbul edilməsidir.
Soyqırımın beynəlxalq səviyyədə tanınması bəşəriyyətə qarşı oxşar cinayətin dünyanın hər hansı başqa küncündə təkrarlanmasının qarşısını almaq məqsədi daşıyır.
Təəssüf ki, bir əsr əvvəl olduğu kimi bu gün də dünyanın müxtəlif yerlərində soyqırım siyasətinin təhlükəsi hiss olunur. Bu gün də Dağlıq Qarabağda yaşayan ermənilər soyqırım və etnik təmizləmə təhlükəsi ilə üz-üzədirlər.
Azərbaycan tərəfindən Dağlıq Qarabağ xalqına qarşı davamlı təcavüzkar siyasəti, ermənilərə qarşı nifrət ritorikası, onları öz vətənindən məhrum etməyə, erməni izini silməyə yönəlmiş hərəkətlər soyqırım niyyətlərinin təzahüründən başqa bir şey deyil”.