Ermənistan Parlamentinin spikeri Alen Simonyan: “Laçın dəhlizində Rusiyanın sülhməramlı qoşunlarının məsuliyyəti zonasında Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması tamamilə qəbuledilməzdir, çünki bu, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 6-cı bəndinin kobud şəkildə pozulmasıdır.
Biz Rusiyanı Azərbaycan silahlı qüvvələrinin Laçın dəhlizinin bütün təhlükəsizlik zonasından çıxarılmasını təmin etməklə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq, həmçinin beynəlxalq təhlükəsizliyi qorumaq mandatı olan BMT-yə üzv dövlətləri Beynəlxalq Ədalət Məhkəməsinin qərarının icrası üçün təsirli addımlar atmağa çağırırıq”.