ABŞ prezidenti Co Bayden Erməni Soyqırımının Anım Günü ilə bağlı müraciətində Mets Yeğern (Böyük Soyqırım) ilə bağlı mövqeyini bir daha təsdiqləyib.
“Bu gün biz Erməni Soyqırımı zamanı həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad edir və bunu heç vaxt unutmayacağımıza dair sözümüzü bir daha təsdiqləyirik.
1915-ci il aprelin 24-də Osmanlı hakimiyyəti Konstantinopolda erməni ziyalılarını və ictimai liderlərini həbs etdi və erməni icmasına qarşı sistemli zorakılıq kampaniyasına başladı. Sonrakı illərdə bir milyon yarım erməni öz yurd-yuvasından didərgin salındı, öldürüldü və ya ölüm yürüşlərinə göndərildi, bu faciə erməni ailələrinin nəsillərinə əbədi təsir etdi.
Bu ağrılı tarixi xatırlamaq üçün dünya xalqlarına qoşulduqca biz erməni xalqının dözümlülüyü və qətiyyətinə də toxunuruq.
Sağ qalanların çoxu yeni ölkələrdə, o cümlədən ABŞ-da yeni həyata başlamaq məcburiyyətində qaldı. Burada və bütün dünyada erməni xalqı nifrət bəlası ilə ümidlə üzləşdi. Onlar öz icmalarını bərpa etdilər, ailələr yaratdılar, mədəniyyətlərini qorudular, millətimizi gücləndirdilər. Onlar 108 il əvvəl baş vermiş soyqırımın bir daha təkrar olunmayacağını xatırlatmaq və təmin etmək üçün özlərinin və əcdadlarının hekayələrini təqdim etdilər.
Gəlin bu vədi bu gün bərpa edək. Gəlin nifrətə qarşı çıxış etmək, insan hüquqlarını müdafiə etmək və vəhşiliklərin qarşısını almaq üçün özümüzə söz verək. Gəlin birlikdə, bütün insanların ləyaqət, təhlükəsizlik və hörmət içində yaşaya biləcəyi daha yaxşı gələcək qurmaq üçün səylərimizi ikiqat artıraq”, - deyə ABŞ prezidentinin müraciətində deyilir.