Yaponiyanın Xirosima sammiti ərəfəsində G7 ölkələri Moskvaya qarşı sanksiyalar rejiminin uzadılması çərçivəsində Rusiyaya ixraca demək olar ki, tam qadağa tətbiq etmək imkanını nəzərdən keçirir, Kyodo agentliyi Yaponiya hökumətindəki mənbəyə istinadən xəbər verir.
Qeyd olunur ki, “Böyük yeddilik” ölkələri artıq Rusiya Federasiyasına bəzi malların, o cümlədən hərbi məqsədlər üçün istifadə olunan malların və dəbdəbəli malların ixracını dayandırıb.
“Lakin ticarət embarqosu işlənmiş avtomobillər, təkərlər, gözəllik məhsulları və geyimlərə də şamil edilə bilər”, - mənbə bildirib.
G7 sammiti mayın 19-21-də Yaponiyanın Xirosima şəhərində keçiriləcək.