Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") istismar etdiyi "Azersky" – Yerin məsafədən müşahidə peyki dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.
Nazirlikdən bildirilib ki, peyklə məlumat mübadiləsi dayanıb.
"Azərkosmos" və peykin istehsalçısı əlaqənin bərpa olunması istiqamətində tədbirlər görsə də, bu, mümkün olmayıb.
"ABŞ-ın Kosmik Müşahidə Şəbəkəsindən alınan məlumata görə, Azersky peyki öz orbitində uçmağa davam edir. Hazırda peyk ilə məlumat mübadiləsinin dayanmasına mümkün səbəb kimi kiçik ölçülü kosmik tullantı və ya meteorit ilə toqquşma nəticəsində peykin enerji təchizatının sıradan çıxmış olması ehtimal olunur", deyə məlumatda bildirilir.