ER müdafiə naziri Suren Papikyan bu gün Braziliya Federativ Respublikasının fövqəladə və səlahiyyətli səfiri Fabio Vaz Pitaluqanı qəbul edib.
Görüş zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanları ilə bağlı məsələlər müzakirə olunub.
Səfirin xahişi ilə müdafiə naziri ER Silahlı Qüvvələrində aparılan islahatların gedişatını təqdim edib.
Həmsöhbətlər regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə ediblər.