Artsax Respublikası DİN polisinin Askeran rayonunun Şoş idarəsindən bildirilib ki, aprelin 18-də saat 12.00 radələrində Askeran rayonunun işğal altında olan Aknağbyur kəndi ərazisində Azərbaycan silahlı qüvvələrinin mövqelərindən ermənilərin nəzarəti altında olan sahələrində kənd təsərrüfatı işləri aparan bir qrup mülki şəxslər istiqamətində müxtəlif çaplı silahlardan atəş açılıb.
Artsax Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, kənd təsərrüfatı işləri dayandırılıb. Rusiya sülhməramlı qüvvələrinə bu barədə məlumat verilib. .