Ermənilər üçün təhlükə aradan qaldırılmayıb: Ermənistan bu gün də hücum altındadır. Bu barədə ABŞ Konqresində Erməni Soyqırımının ildönümünə həsr olunmuş tədbirdə Konqresin Erməni məsələləri üzrə komitənin sədr müavini Adam Şif məlumat verib.
“Son bir neçə ayda Azərbaycanın Ermənistan və Artsaxa qarşı düşmənçiliyi pik həddə çatıb. Deyə bilərəm ki, heç vaxt Azərbaycanın Ermənistana və Artsaxa qarşı daha genişmiqyaslı müharibə hazırlaya biləcəyindən indiki qədər narahat olmamışam. Biz zorakılıq və insanlığa qarşı cinayətlərin cavabsız qalmasına icazə verə bilmərik”, - deyə Şif bəyan edib.
Konqresmen əmin olduğunu bildirib ki, Vaşinqton Əliyev rejiminə dəstəyi dayandırmalı və onu hərbi cinayətlərə görə məsuliyyətə cəlb etməlidir.
“Biz güclü sanksiyalar tətbiq etməliyik ki, o, Laçın dəhlizini yenidən açsın, hərbi əsirləri və mülki insanları azad etsin. Mən ABŞ administrasiyasını və Konqresini Artsaxın öz müqəddəratını təyinetmə hüququnu dəstəkləməyə çağırıram”, - deyə Şif bildirib.