Aprelin 20-də Yerevanda Ermənistan Respublikası, İran İslam Respublikası və Hindistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında üçtərəfli formatda ilk siyasi məsləhətləşmələr baş tutub.
Nümayəndə heyətlərinə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan, İran Xarici İşlər Nazirliyinin Cənubi Asiya Baş İdarəsinin rəisi Seyid Rəsul Musəvi və Hindistan Xarici İşlər Nazirliyinin Regional Baş İdarəsinin rəisi CJitender Pal Sinqh başçılıq ediblər.
Görüşdə siyasi, iqtisadi, regional kommunikasiya yolları ilə bağlı məsələlər müzakirə edilib, mədəni və şəxsiyyətlərarası əlaqələrin dərinləşdirilməsi perspektivləri və müxtəlif sahələrdə üçtərəfli əməkdaşlığın perspektivləri müəyyən edilib. Tərəflər əməkdaşlığa yönəlmiş üçtərəfli formatda məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər.