Rusiyanın Azərbaycandakı səfirliyi Zabrat qəbiristanlığında məzar daşlarının dağıdılmasını pisləyib. Səfirliyin bəyanatında qeyd olunur ki, bu fakt qəzəb doğurur.
“100-ə yaxın soydaşımızın məzarına ziyan vurmuş vandalizm aktını qətiyyətlə pisləyirik. Bu narahatlıq və qəzəb dogurur. Bu yaramaz hərəkətin miqyasını nəzərə alsaq, bunu təsadüfi xuliqanlıq saymaq çətindir.
Əməlin mahiyyəti rəsmi qiymətin olacağına əsas verir. Səfirliyin əməkdaşları bütün təfərrüatları öyrənmək üçün dərhal hadisə yerinə gediblər. Biz yerli hakimiyyət orqanları və Azərbaycanın rus icması ilə sıx əlaqə saxlayırıq.
Sınıq məzar daşlarının və abidələrin bərpa olunacağına dair təminatların alınması vacibdir”.