"Azərbaycan siyasi məhbuslarına azadlıq" İttifaqı 182 addan ibarət siyasi məhbusların yeni siyahısını dərc edib. Fevralda əvvəlki siyahı dərc edildikdən sonrakı dövr ərzində siyasi məhbusların sayı təxminən 2 dəfə artıb.
Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib. Siyahıya 89 yeni ad əlavə olunub və onlar hamısı dindarlardır, deyə Həsənov bildirib. Həbs edilənlər dini fəallar, "Müsəlman Birliyi" hərəkatının üzvləri və ilahiyyatçılardır.
Qeyd edilib ki, onların həbsi hakimiyyətyönlü KİV-lərdə bu insanların "İranın casus şəbəkəsinin üzvləri olduğu" haqqında təbliğat kampaniyası ilə müşaiyət olunub.