ABŞ Konqresində Erməni Soyqırımının ildönümünə həsr olunmuş tədbir zamanı konqresmen Keti Porter Azərbaycanın təcavüzünün qarşısını almaq üçün addımlar atmağa çağırıb.
“Biz Azərbaycanı təcavüzünə görə məsuliyyətə cəlb etməliyik və mən prezident Bayden administrasiyasını Artsaxın blokadasına son qoymaq üçün aktiv fəaliyyətə çağırıram. Amerika vergi ödəyiciləri Azərbaycanın erməni xalqına qarşı düşmənçiliyini maliyyələşdirməməlidir. Nə qədər ki, təcavüz davam edir, Azərbaycan ABŞ-dan hərbi yardım almamalıdır”, - Porter bildirib.