Artsaxı Ermənistanla birləşdirən yeganə yolun Azərbaycan tərəfindən bağlanması nəticəsində Artsax Səhiyyə Nazirliyinin “Respublika Tibb Mərkəzi” QSC-dən ağır onkoloji və ürək-damar xəstəlikləri olan 11 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəçilik və müşayiət ilə ER ixtisaslaşdırılmış tibb mərkəzlərinə köçürülüb.
Artsax Səhyyə Nazirliyinin məlumatına görə, dövlət sifarişi çərçivəsində müalicə üçün Ermənistana göndərilmiş 10 tibbi pasiyent öz müşayiət edənləri ilə birlikdə Artsaxa qayıdıb.
Artsax Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində planlaşdırılmış cərrahi əməliyyatlar dayandırılmaqdadır.
“Arevik” tibb bölməsində 4 uşaq neonatal və reanimasiya şöbəsindədir.
“Respublika Tibb Mərkəzi” QSC-də 6 xəstə reanimasiya şöbəsindədir, onlardan 2-nin vəziyyəti ağırdır.
Bu günə qədər Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və müşayiəti ilə Artsaxdan Ermənistana ümumilikdə 337 xəstə köçürülüb.